UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Mançester Siti” ilə qarşılaşacaq PSJ heyətlə bağlı ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, parislilərin yarımmüdafiəçisi Marko Veratti zədələnib. 
Fransa mətbuatının yazdığına görə, 23 yaşlı futbolçu qasıq nahiyəsindən xəsarət alıb. Onun hazırda Qətərdə müalicə aldığı bildirilib.
Qeyd edək ki, PSJ – “Mançester Siti” matçı aprelin 6-da baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp