Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
AZAL – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“İnter” – “Neftçi” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Sumqayıt” – “Xəzər Lənkəran” matçının 70-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Mikayıl Rəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Amma İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib:
Oyunun 70-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Mikayıl Rəhimova sonuncu ümid fouluna görə göstərilmiş qırmızı vərəqə hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunub.
Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.
Əvəzedici heyətlərin 27-ci turunun “Qarabağ” – “Rəvan” matçında “Rəvan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 40-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Sahil Cəfərov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp