“Qalatasaray”ın sabiq futbolçusu Emanuel Ebue klubundan qovulub. Futbolinfo.az xəbər verir ki, “Sanderlend” müdafiəçisi ilə yollarını ayırmaq qərarına gəlib.
Klubun saytında yayılan məlumata görə, FİFA 32 yaşlı oyunçunu futboldan 1 illik uzaqlaşdırıb. “Qara pişiklər” də bu qərarı məhz bu üzdən verib. Ebue ilə mövsümün sonunda başa çatmalı olan müqavilə indidən ləğv edilib. 
Qeyd edək ki, futbolçu martın 9-da İngiltərə təmsilçisi ilə müqavilə imzalamışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp