Jose Mourinyoya yeni müqavilə təklif edilib. Fubtolinfo.az xəbər verir ki, “Valensiya”nın prezidenti Piter Lim təcrübəli baş məşqiçini komandasının başında görmək istəyir.
Qari Nevilli istefaya göndərən İspaniya təmsilçisi portuqaliyalı mütəxəssislə danışıqlara başlayıb. “Yarasalar” 53 yaşlı çalışdırıcıya illik 19 milyon avro təklif edib.
Qeyd edək ki, daha əvvəl Mourinyonun gələn mövsümdən “Mançester Yunayted”in baş məşqçi postuna keçəcəyi bildirilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp