Növbəti mövsüm ən azından Avropa Liqasının qrup mərhələsinə düşməyi planlaşdıran “Rəvan” bu yöndə ilk addımını atıb. Ardıcıl 2 dəfə bu nəticəyə imza atan “Qarabağ”ın təcrübəsindən istifadə etməyi planlaşdıran ölkəmizin öncül məşqçisi Bəhmən Həsənov Ağdam təmsilçisindən ilk transferini edib. 
O, “atlılar”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun “Rəvan”ın baş meneceri vəzifəsinə keçməsinə nail olub. Məsələylə bağlı saytımıza açıqlama verən İbrahimov xəbəri təsdiqlədi: “Özümü olduqca xoşbəxt hiss edirəm. Həsənov kimi mütəxəssisin yanında işləmək uşaqlıq arzum idi. Yaxın 3 günü bu xoşbəxtliyimlə əlaqədar, yoxsullara nəzir paylamağa həsr edəcəm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp