Topaz Premyer Liqasının 28-ci turunda evdə "İnter"i qəbul edəcək "Qəbələ" çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, doğma şəhərdə hazırlaşan "qırmızı-qaralar"ın heyətində itki var.
Belə ki, ötən turdakı AZAL-la oyunu buraxan kapitan Dodo bu matçda da komandasına kömək edə bilməyəcək. 
Bundan əlavə, yığma komandasının Serbiya ilə yoxlama görüşündə iştirak etdiyi üçün AZAL-la qarşılaşmanı buraxan Sergey Zenyov artıq Qəbələyə qayıdıb və kollektivlə birgə məşqlərdə iştirak edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp