İspaniya La Liqasının 31-ci turunda əzəli rəqibi “Barselona”ya qarşı oynayacaq “Real” heyətlə bağlı ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, madridlilərin müdafiəçisi Rafael Varan zədələnib.
“Kral klubu”nun 22 yaşlı futbolçusu ayaq əzələlərində ağrı hiss etdiyi üçün komanda yoldaşları ilə məşqlərə qatılmayıb. Futbolçu “El-Klasiko”nu buraxmalı olacaq.
Qeyd edək ki, “Barselona” – “Real” qarşılaşması aprelin 2-də keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp