İngiltərə Futbol Federasiyası “Çelsi”nin hücumçusu Dieqo Kostanı cəzalandırıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb forvardın qeyri-etik davranışı olub.
İngiltərə Federasiya Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Everton”la görüşdə meydandan qovulan ispaniyalı futbolçu rəqib azarkeşlərə ədəbsiz jest edib. Bundan başqa onunla Qaret Barri arasında olan münaqişəsi və hakimin ayaqlarına tüpürməsi də əsas səbəb kimi göstərilib. 27 yaşlı oyunçu 1 matçlıq cəza ilə yanaşı, 20 min funt-sterlinq cərimə ödəyəcək.
Qeyd edək ki, Kosta daha əvvəl də meydandakı qeyri-etik davranışlarına görə cəzalanıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp