“Qəbələ” Topaz Premyer Liqasının 28-ci turunun “İnter”lə ev oyununun hazırlığına start verib. Futbolinfo.az xəbər verir ki, ötən turun AZAL-la səfər matçından sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda bir araya gəlib. 
Günün ikinci yarısına təsadüf edən məşq prosesi iki hissədən ibarət olub. Əvvəl fiziki hazırlıq keçən komanda sonra toplu çalışmalarla məşq edib. Hazırlığa zədəli Dodo istisna olmaqla bütün futbolçular qatılıb. Roman Qriqorçukun yetirmələri sabah oyunöncəsi məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi saat 17:30-da başlayacaq.

Xatırladaq ki, IV dövrənin ilk turunun “Qəbələ” – “İnter” matçı aprelin 3-də keçiriləcək. 

Qəbələ şəhər stadionunda keçiriləcək bu matç saat 19:00-da start götürəcək. Qarşılaşmanı FİFA referisi Rəhim Həsənov idarə edəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp