Futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb. Futbolinfo.az xəbər verir ki, millimiz siyahıdakı əvvəlki mövqeyində qalıb.
Belə ki, Azərbaycan yığması yenə 10-cu pillədədir. Hesabımızda 1411 reytinq xalı var.
Dünya çempionatına vəsiqə uğrunda cavab pley-off oyunu keçirəcəyimiz Hollandiya yığması isə 1213 xalla 26-cıdır.
Qeyd edək ki, Azərbaycan və Hollandiya futzalçıları arasındakı cavab görüşü aprelin 12-də Bakıda baş tutacaq. Tərəflər arasındakı ilk oyunda yığmamız 5:1 hesabıyla qalib gəlmişdi.
İlk üçlükdə qərarlaşan kollektivlərə gəlincə, Braziliya 1919 xalla zirvədədir. Bu ölkənin milli komandasını 1910 xalı olan İspaniya və 1743 xala malik Rusiya yığması izləyir. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp