Sabah Topaz Premyer Liqasında sonuncu – dördüncü dövrəyə start veriləcək. Futbolinfo.az xəbər verir ki, çempionatın arxada qalan hissəsində yalnız 4 futbolçu komandasının 27 matçının hamısında meydana çıxıb.
 
Bu oyunçulardan ikisi “Kəpəz”i təmsil edir. Lakin həm Tadas Simaitis, həm də Tərlan Quliyev hərəyə 1 qarşılaşmada əvəzlənib. Elə bu üzdən onlar 27 turda 2430 dəqiqə oynaya bilməyib.
 
“Qəbələ”nin ukraynalı legioneri Aleksey Qay da bütün matçların iştirakçısı olsa da, heç də həmişə 90 dəqiqə meydanda mübarizə aparmayıb.
 
Çempionatın yeganə əvəzolunmazı isə AZAL-da çıxış edir. “Təyyarəçilər”in qapıçısı Stanislav Namaşko mövsümün arxada qalan hissəsində bütün oyunları əvəzolunmadan keçirib. (Apasport.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp