Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov İspaniya ikinci liqasının 32-ci turu çərçivəsində "Ximnastik"lə səfər oyununda "Kordoba"ya kömək edə bilməyəcək. Futbolinfo.az xəbər verir ki, buna səbəb onun sarı vərəqə limitini doldurmasıdır.
Qeyd edək ki, İsrafilov "Kordoba"ya keçəndən sonra cəmi 8 oyuna çıxıb. O, bu görüşlərdə 5 dəfə sarı vərəqə ilə cəzalanıb. 
"Ximnastik"lə matçı kənardan izləməli olacaq millimizin üzvü yalnız aprelin 10-da baş tutacaq 33-cü tur çərçivəsindəki "Albasete" ilə görüşdə meydana çıxa biləcək.
Eddinin komandası hazırda 47 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp