Bu gün Topaz Premyer Liqasında dördüncü dövrə götürüb. Futbolinfo.az xəbər verir ki, sonuncu dövrənin açılış – 28-ci turunun qarşılaşmaları eyni gündə baş tutub.
İlk oyunda son dövrlər uğurlu çıxış edən iki kollektiv – AZAL və "Kəpəz" qarşılaşıb. Bu klubların duelində paytaxt təmsilçisi üç cavabsız qolla qalib gəlib.
Ötən tur "Kəpəz"ə məğlub olan ikinci pillənin sahibi "Zirə" bu dəfə doğma meydanda "Sumqayıt"la görüşüb. Qarşılaşma zirəlilərin minimal hesablı qələbəsi ilə bitib.
Lider "Qarabağ" səfərdə "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirib. Ağdam klubu çətinliklə də olsa, 3 xalal sevinib.
Premyer Liqanın aşkat autsayderi "Rəvan" paytaxt derbisinə "Neftçi" ilə üz-üzə gəlib. "Ağ-qaralar" gözlənilmədən sonuncu pillədə qərarlaşan rəqibə məğlub olub.
Turun mərkəzi oyununda isə “İnter” “Qəbələ”nin qonağı olub. Bu prinsipial qarşılaşmada hesab açılmayıb. 
Topaz Premyer Liqası
28-ci tur

3 aprel

AZAL – “Kəpəz” – 3:0

Qollar: A.Qasımov, 37 (1:0). H.Əhmədov, 65 (2:0). M.Hüseynpur, 90+3-pen. (3:0).
Qırmızı vərəqə: J.Osvaldo, 90+2.
Hakimlər: Fariz Yusifov, Vaqif  Musayev, Knyaz Əmiraslanov, Ramil Əhmədov.
Bakı. “AZAL Arena”.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 5. Kamil Hüseynov, 14. İlqar Ələkbərov, 23. Hacı Əhmədov, 21. Murad Səttarlı, 11. Ruslan Nəsirli, 77. Adan Koronado, 9. Aydın Qasımov.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Məhəmməd Bədəlbəyli, 4. Qvanzav Maqomedov, 10. Nuqzar Kvirtiya, 20. İsmayıl İbrahimli, 88. Mirzağa Hüseynpur, 27. Aleksandr Quruli.
Baş məşqçi: Tərlan Əhmədov.
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 9. Namiq Ələsgərov, 19. Orxan Əliyev, 7. Junior Osvaldo, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 80. Tural Rzayev, 27. Bəxtiyar Soltanov, 15. Azad Kərimov, 23. Tural Nərimanov, 99. Əli Səmədov, 21. Xəzər Qəribov.
Baş məşqçi: Şahin Diniyev.

“Zirə” – “Sumqayıt” – 1:0
Qol: N.Novruzov, 84 (1:0).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 1. Anar Nəzirov, 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 5. Adil Nağıyev, 13. Aleksandr Şemonayev, 11. Viktor İqbekoyi, 32. Tato, 27. Rəşad Abdullayev (k), 60. Elvin Məmmədov, 10. İqor İvanoviç, 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 12. Şamo Həsənov, 28. Təmkin Xəlilzadə, 8. Tərzin Cahangirov, 19. Nurlan Novruzov, 90. Vüsal İsgəndərli, 17. Nicat Qurbanov, 14. Tellur Mütəllimov.
Baş məşqçi: Adil Şükürov.
“Sumqayıt”: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 29. Amil Yunanov, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 12. Tural Abbaszadə, 8. Nicat Muxtarov, 10. Uğur Pamuk, 24. Amit Quluzadə, 70. Vaqif Cavadov, 97. Xəyal Nəcəfov, 99. Rasim Ramaldanov.
Baş məşqçi: Samir Abasov.

“Xəzər Lənkəran” – “Qarabağ” – 1:2
Qollar: M.Mədətov, 6 (0:1). T.Qürbətov, 12 (1:1). M.Mədətov, 72 (1:2).
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Vüsal Qənbərov, Fərid Məmmədov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 8. Vüqar Bəybalayev, 9. Bayram Budaqov, 10. Tural Qürbətov, 15. Nodar Məmmədov, 16. İbrahim Qədirzadə, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 12. İlyas Səfərzadə, 22. Milad Bayramov, 35. Elfad Baləhmədov, 41. Hüseyn Xəlilzadə, 66. Kənan Həsənov, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Elbrus Məmmədov.
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 8. Migel Madera, 10. Dani Kintana, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 97. Mahir Mədətov.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 9. Reynaldo Silva, 18. İlqar Qurbanov, 90. Samuel Armenteros, 77. Cavid Tağıyev, 99. Muarem Muarem.
Baş məşqçi: Qurban Qurbanov.

“Rəvan” – “Neftçi” – 1:0
Qol: E.Həsənəliyev, 3 (1:0).
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Coşqun Həsənov, Ziya Nəsirov.
Bakı. “Bayıl Arena”.

“Rəvan”: 1. Rəşad Əzizli, 2. Ruslan Tağızadə, 3. Saşa Yunisoğlu, 4. Kənan Müslümov, 21. Novruz Məmmədov, 5. Mirkamil Haşımlı, 17. Ramazan Abbasov (k), 15. Ceyhun Abdullayev, 8. Məmməd Quliyev, 99. Əziz Hüseynov, 7. Elvin Həsənəliyev.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 19. Hüseyn Axundov, 86. Yasin Həmid, 92. Yamin Ağakərimzadə, 9. Nuran Qurbanov, 39. Əlibəy Məmmədli, 29. Əziz Quliyev.
Baş məşqçi: Bəhmən Həsənov.
“Neftçi”: 53. Maksim Vaylo, 3. Jayro, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 9. Nikolas Kanales, 15. Erik Ramos, 20. Anyete, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 17. Rəhman Hacıyev, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 19. Fəhmin Muradbəyli, 27. Məqsəd İsayev.
Baş məşqçi: Vəli Qasımov.

 
“Qəbələ” – “İnter” – 0:0
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Orxan Məmmədov.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 11. Asif Məmmədov, 19. Aleksey Qay, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 66. Samir Zərgərov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 5. Pavel Paşayev, 15. Vitali Vernidub, 32. Rəşad Eyubov, 69. Aleksey Antonov, 87. Ruslan Abışov, 97. Roman Hüseynov.
Baş məşqçi: Roman Qriqorçuk.
“İnter”: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 12. Ruslan Əmircanov, 14. Zurab Xizanişvili, 17. Vüqar Nadirov, 22. İlkin Qırtımov, 23. Sezar Meza Kolli, 24. Fuad Bayramov, 77. Mirsahib Abbasov.
Ehtiyat oyunçular: 79. Georgi Lomaya, 2. Sərtan Taşkın, 4. Laşa Kasradze, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 20. Yuri Fomenko, 30. Abbas Hüseynov.
Baş məşqçi: Zaur Svanadze.

 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp