Sloveniya çempionatında 27-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası – "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Krsko Posavje" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 2:3. Məsimov bu görüşün iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 45 xalla üçüncü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp