Almaniya Qərb Regional Liqasında 32-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası – "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda Köln "Viktoriya"sı ilə qarşılaşıb. Matç heç-heçə başa çatıb – 1:1. Erat bu matçın ilk dəqiqələrindən meydanda olub və sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 44 xalla 19 klub arasında 5-ci pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp