Bu gün Topaz Premyer Liqasında 28-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Zirə" öz meydanında "Sumqayıt"ı qəbul edir.
Bir az sonra Zirə İdman Kompleksinin stadionunda start götürəcək qarşılaşmanı izləmək üçün qonaq azarkeşlər də tribunda yerlərini alıblar. Onlar üzərində "şəhidlər ölməz, vətən bölünməz" yazılı plakat açaraq, cəbhədə şəhid olan əsgərlərimizin ruhunu yad ediblər.
Qeyd edək ki, bu qarşılaşma da şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq, bir dəqiqəlik sükutla başlayacaq. Laki futbolçuların qollarına qara sarğı bağlamaması diqqətdən yayınmayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp