Bu gün Topaz Premyer Liqasında 28-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Zirə" öz meydanında "Sumqayıt"ı qəbul edir.
Hazırda Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada qonaqk omanda erkən əvəzetməyə əl atmaq məcburiyyətində qalıb. Belə ki, rəqib futbolçu Rəşad Abdulayevlə mübarizə zamanı zədə alan sumqayıtlıların yarımmüdafiəçisi Aleksandr Çertoqanova həkimlər müdaxilə etsə də, fayda verməyib. Oyuna davam edə bilməyən Çertoqanov matçın 30-cu dəqiqəsində Amit Quluzadə ilə əvəzlənib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp