"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Danışmaq çətindi. Rəqib qol vəziyyətindən ağıllı şəkildə istifadə etdi. Bu hesab bizə yaraşmır. Növbəti oyunları düşünməliyik. Nəticə faciəvi oldu. Məsuliyyət mənimdi. 
– Bu meydanda AZAL-a qarşı hücum futbolu oynayanlar məğlub olub. Sizin də hücum futbolu oynamağınız səhv olmadı? 
– Kimsə nəsə etmək istəyirdi. Amma bunu meydanda etmək çətindi. Xırda səhvlər etdik, rəqib də bundan yararlandı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp