Bu gün Topaz Premyer Liqasında 28-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Zirə" öz meydanında "Sumqayıt"ı qəbul edir.
Hazırda Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada maraqlı hadisə yaşanıb. Belə ki, matçın 84-cü dəqiqəsində ev sahibi komanda cərimə zərbəsini yerinə yetirərkən, zirəlilərin hücumçusu Nurlan Novruzov canlı səddi qurmağa çalışan rəqib qapıçı Səlahət Ağayevə mane olub. O, qolkiperin qarşısında o yana bu yana tullanaraq, canlı səddi qurulmasına mane olmaqla yanaşı, həm də çərçivə qoruyucusunu əsəbləşdirib. Əsəblərini cilovlaya bilməyən Ağayev isə forvarda doğru şığıyıb. Ara sakitləşdikdən sonra cərimə zərbəsi yerinə yetirilib və Novruzov qol vurmaqla məqsədinə çatıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp