Bu gün Topaz Premyer Liqasında 28-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Zirə" öz meydanında "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. 
Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmadan sonra qısa gərginlik yaşanıb. Qonaq komandanın qapıçısı Səlahət Ağayev canlı səddi qurmaqda ona mane olan Nurlan Novruzovla gərgin dialoqa girib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp