"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"İlk növbədə vətənimiz uğrunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirik. 
Hava əlverişli deyildi. Gözləyirdik ki, ağır oyun olacaq. Komandam xarakter göstərdi. Nəticədə qalib gəldik.
Rəqibə qarşı 2 qol vuranda da 5 müdafiəçi ilə oynayırdılar. Burada da elə. Oyuna sonradan girən futbolçularımız da oyunu gücləndirdi. Hər oyuna qələbə üçün çıxırıq. Bu matçda da qələbə qazanmağı bacardıq.
Qol epizodu zamanı yaşananlara gəlincə, Nurlana bununla bağlı heç bir tapşırığımız olmamışdı. Öz təxəyyülünün məhsulu idi".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp