"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Oyun qalsın bir qırağa, matəm içindəyik. Səngərdə şəhidlərimiz var. Dualarımız onlarladı.
"Qələbəyə görə "Zirə"ni təbrik edirəm. Komandam fərdi səhvlər etdi. Bu, komandamızın bəlasıdı. Bu, "Neftçi" ilə oyunda da belə oldu. Rəqib ikinci hissə güclü oynadı. Oyunçulara demişdik ki, qısa ötürmələrlə oynamayın, topu qabağa atın. Amma belə etmədilər.
Matçın sonunda baş verənlərə gəlincə, açığı o epizodu elə də dəqiq görmədim. Mən oynasaydım, Nurlan qabağımda belə hərəkət edə bilməzdi".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp