"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Deməyə söz tapmıram. Bütün oyunu rəqibin meydanında keçirməyimizə baxmayaraq, fərqlənə bilmədik.
– Demək olar ki, "Neftçi" bu gün futbol oynamadı? Anyeteni dəyişib, Ruslanı meydana buraxdız. Olmazdı ki, hər iki hücumçunu eyni anda meydana buraxardız?
– Nəticə pis olsa da, ikinci hissəni bütövlüklə rəqib meydanında keçirdik. O ki qaldı, əvəzləməyə, Anyete yorğun idi deyə dəyişdim.
– Özünüz hücumçu olmusuz. Sizcə, son zərbəni vurmağa nə çatmadı?
– Məncə son zərbədən çox, təhlükəli ötürmələr çatmırdı.
– Vaylonu "Neftçi"yə kim gətirib? Sizcə, ölkədə bu səviyyədə qapıçı yetərincə deyil?
– Kimin gətirdiyini bilmirəm. "Neftçi"nin bütün oyunçuları yaxşıdı, ancaq bəziləri özünü doğrultmur. Özümüz də qapıçı yetişdiririk. Ola bilsin gənc qapıçımız Kamran İbrahimova şans verək.
– AZAL bu gün qalib gəldi. Bununla avrokubok şanslarınız bir xeyli azaldı…
– Əsas rəqibimiz qalib gəldi. Biz əsas diqqəti ölkə kubokuna yönəltmişik.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp