– "Rəvan"ın hesabından 6 xal çıxılmasının komandanızın oyununa nə dərəcədə təsir etdi?
– Nəinki xal çıxılması, hansısa oyunçunun zədələnməsi də komandaya təsir edir. Ola bilsin, bu qələbəylə özümüzə gələk. Artıq "Xəzər Lənkəran"dan 3 xal geri qalırıq. Bunu aradan qaldırsaq, son pillədən qurtulacağıq. "Neftçi"nin yaxşı futbolçuları var. Sadəcə, bir qədər fərdi oyuna üstünlük verirdilər. Bəlkə də, bu, da bizə üstünlük verdi.
– Komanda itirə-itirə gedir. Son olaraq mətbuat xidmətinin rəhbərini itirdi. Klubun hətta lisenziyası da yoxdu. Sizcə, bu komada yaşamağa layiqdi?
– Sadəcə, təcrübəmi artırmağa çalışıram. Bir neçə il öncə bu səviyyədə deyildim. Yaxşı nəticə qazanmaq üçün 20 eyni səviyyəli futbolçu lazımdı. Məşqçi üçün əsas olan təcrübədi. Gələcəkdə nə olacaq bilmirəm, ancaq indi sadəcə, mən öz təcrübəmi artırıram. Kluba gələcəkdə nə olacaq bilmirəm. Əsas odu, qalmağa yerimiz var, maaşımızı alırıq, bu kifayətdi. Düzü, böyük pullar almırıq. Ancaq mübarizə aparırıq.
– Fəxr edirəm ki, bu gün "Neftçi"nin mətbuat xidmətinin rəhbəriylə yanaşı oturmuşam.