Hazırda Topaz Premyer Liqasının 28-ci turunda “Qəbələ” ilə qarşılaşan “İnter”in heyətində ciddi itki baş verib. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin qapıçısı Kamran Ağayev zədələnib.
Onun yerinə meydana gürcü qolkiper Georgi Lomaya daxil olub. Azərbaycan yığmasının da qapısını qoruyan Kamran isə birbaşa təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, Kamran adi epizodda – topu meydanda daxil edərkən dayaq verdiyi ayağı burxulub. Onun ayağında qırıq olub-olmadığına tibbi müayinədən sonra aydınlıq gələcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp