Topaz Premyer Liqasının 28-ci turunda baş tutan "Qəbələ" – "İnter" matçı sülhlə yekunlaşdı – 0:0. Futbolinfo.az xəbər verir ki, oyunda sonra qonaqların baş məşqçisi Zaur Svanadze qarşılaşma ilə bağlı fikirlərini səsləndirib:
– Vacib xal ələ etdik. Oyundan razı qaldım. Ancaq Kamran Ağayevin zədəsi məni məyus etdi. Onun durumunun hazırda nə yerdə olduğunu bilmirik.
– 0:0 hesabına görə, sizi təbrik etmək olar?
– Fikrimcə, ədalətli nəticə oldu.
– Fikrimcə, ədalətli nəticə oldu.
– Sizin də Azərbaycana qonşu ölkənin vətəndaşı olduğunuzu nəzərə alaraq, son günlərdə cəbhədə baş verənlərlə bağlı fikrinizi bilmək maraqlı olardı…
– Təbii ki, hadisələrdən xəbərdaram. Çox istərdim ki, vəziyyət sakitləşsin. İnanıram ki, siyasətçilər bu məsələ ilə məşğul olacaqlar. Mən siyasətdən danışmaq istəmirəm. Ancaq idmandan nə qədər istəsəz, danışa bilərik.

– Qeyd etdiniz ki, vacib xal qazandıq. Ancaq açıqlanan qərarda bəlli oldu ki, "İnter" növbəti üç mövsümün birində avrokuboklardan kənar qalacaq. Kənar qalacaqsınızsa, bu, sizin üçün niyə vacib xal hesab olunur?
– Məsələ ondan ibarətdi ki, biz futbolçular qarşısında öhdəliyimizi yerinə yetirmişik. Ancaq UEFA fərqli qərar verdi. Ancaq biz apelyasiyaya müraciət edəcəyik. Avrokuboklara vəsiqə qazanmaq istəyirik ki, cəzamızı elə ilk ildə çəkək.