Almaniya ikinci Bundesliqasında 28-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "1860 Münhen" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 3:1. Nazarov bu görüşün 74-cü dəqiqəsindən etibarən mübarizəyə qoşulub.
Qeyd edək ki, "Karlsrue" hazırda 35 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp