Futbol üzrə İspaniyanın ikinci liqasında 32-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu səfərdə La Liqaya vəsiqə uğrunda əsas rəqiblərindən biri olan "Ximnastik"lə qarşılaşıb. Futbolçumuzun komandası 4 dəfə (!) hesabda önə keçdiyi oyunda bir xalla kifayətlənib – 4:4. Cəzalı olan Eddi bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 48 xalla 22 komanda arasında beşinci pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp