Latviya çempionatında 3-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Qurbanlı ilə Mirabdulla Abbasovun komandası – "Dauqava" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Riqa futbol məktəbi" komandası ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb – 1:0. Hansı ki, bu, "Dauqava"nın yeni mövsümdə ilk qələbəsidir.
Bu oyunda ilk dəfə hər iki futbolçumuz start heyətdə meydana çıxıb. Mirabdulla matçı əvəzedilmədən başa vurub. Orxan isə 89-cu dəqiqəqə sarı vərəqə alıb, bir dəqiqə sonra da əvəzlənib.
Qeyd edək ki, üç turdan sonra 3 xala malik olan "Dauqava" 8 klub arasında beşinci pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp