Almaniyanın Şimal-Şərq Regional Liqasında 26-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası – "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Noyştetlits"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 3:2. Rüfət bu matça start heyətdə başlayıb və 75-ci dəqiqədə əvəzlənib. O, 65-ci dəqiqədə komandasının üçüncü qolunun müəllifi olub.
Qeyd edək ki, Dadaşovun komandası hazırda 19 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp