İngiltərə Futbol Federasiyası “Çelsi”nin hücumçusu Dieqo Kostanı cəzalandırıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb forvardın qeyri-etik davranışı olub.
 
İngiltərə Federasiya kubokunun ¼ final mərhələsində “Everton”la görüşdə meydandan qovulan ispaniyalı futbolçu rəqib azarkeşlərə ədəbsiz jest edib. Bundan başqa, onunla Qaret Barri arasında olan münaqişə və hakimin ayaqlarına tüpürməsi də əsas səbəb kimi göstərilib. 27 yaşlı oyunçu 1 matçlıq cəza ilə yanaşı 20 min funt-sterlinq cərimə ödəyəcək.
 
Qeyd edək ki, Kosta daha əvvəldə meydandakı qeyri-etik davranışlarına görə cəzalanıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp