“Latsio” baş məşqiçisi Stefano Pioli ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, komanda mövsümün sonuna kimi 39 yaşlı Simeone İnzaqiyə tapşırılıb.
 
Klubun rəsmi saytında yayılan məlumata görə, İtaliya A Seriyasının 31-ci turunda əzəli rəqibi “Roma”ya qarşı keçirilən matçda böyük hesabla uduzan “qartallar” 50 yaşlı çalışdırıcını istefaya göndərib. Rəhbərlik 1:4 hesabıyla bitən görüşdən bir neçə saat sonra bu qərara gəlib.
 
Qeyd edək ki, “Latsio” 42 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp