İtaliya millisinin baş məşqiçisi Antonio Konte İngiltərəyə gedib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssisin “Çelsi” ilə müqavilə bağlamaq üçün Londona yollandığı iddia olunur.
46 yaşlı çalışdırıcının yaxın günlərdə “zadəganlar”la rəsmi müqavilə imzalayacağı gözlənilir. Onun London klubu ilə 3 illik anlaşmaya imza atması nəzərdə tutulub.
Qeyd edək ki, London təmsilçisinin hazırkı baş məşqiçisi Quus Hiddink bu mövsümün sonunda "Çelsi"dən ayrılacağını bildirib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp