Topaz Premyer Liqasının 28-ci kifayət qədər sensasiyalı nəticələrlə yadda qaldı. Kimlərsə seçildi, kimlərsə pərişan etdi. “Xəzər Lənkəran” etdiyi məlum hərəkətlə ƏSL AZƏRBAYCANLI obrazını aşkar nümayiş etdirdi. Həmin hərəkətlə “Xəzər Lənkəran” müəyyən etdiyimiz turun simvolik yığmasının büst-bütün 11-liyinə layiqdi. Ancaq idman prinsiplərini pozmamağı qərara aldıq. 
Qapıçı: Stanislav Namaşko (AZAL)
Müdafiəçilər: Ansi Aqolli (“Qarabağ”, 3) – Zurab Xizanişvili (“İnter”, 2) – Rail Məlikov (AZAL, 3) – Adil Nağıyev (“Zirə”)
Yarımmüdafiəçilər: Murad Səttarlı (AZAL, 3) – Riçard Almeyda (“Qarabağ) – Dani Kintana (“Qarabağ”, 4) – Sezar Meza Kolli (“İnter)
Hücumçular: Mahir Mədətov (“Qarabağ”) – Aydın Qasımov (AZAL)
Turun qəhrəmanı – Rail Məlikov (AZAL)
Ay səni, “qoca qurd”! “Kəpəz”lə oyunda qocalmaq bilməyən “təyyarəçilər”in kapitanı Rail Məlikov komandasının qapısının toxunulmaz qalmasında müstəsna pay sahibi oldu. Məlikovun “oyunu oxuma” bacarığı bir çox epizodlarda cəld gəncəlilərin həmlələrinin boşa çıxmasını şərtləndirirdi. Bəli, Rail qol vurmadı, ancaq onun gördüyü “qara iş” istənilən qola dəyər!
Turun antiqəhrəmanı – Tərlan Quliyev (“Kəpəz”)
Gəncəlilərin məğlubiyyətində əsas səbəbkar Tərlan Quliyev oldu. Medallar uğrunda mübarizə aparan komandanın liberosunun ilk qol epizodunda buraxdığı səhvə izah tapmaq mümkün deyil. Nəzərə alsaq ki, Quliyev milli komandamıza da cəlb olunur, futbolçunun “6 xallıq oyunda” belə səhvə yol verməsi bağışlanılmazdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp