Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyonun yeni klubu müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, hücumçu Perunun ikinci divizion təmsilçisi “Sensiano” ilə anlaşıb.
Klubun rəsmi “facebook” səhifəsində yayılan videoda forvard tezliklə sözügedən komandanın formasını geyinəcəyini bildirib. Lakin 36 yaşlı futbolçunun müqaviləsi barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, Ronaldinyo ötən ilin sentyabrında “Fluminense”ni tərk edəndən bəri işsizdir və azad agent statusu daşıyır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp