Dünən Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində AZAL evdə “Kəpəz”lə qarşılaşdı. Futbolinfo.az xəbər verir ki, oyun 3:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşdı. Matçdan sonra “təyyarəçilər”in ilk qolunun müəllifi Aydın Qasımov bir neçə sualımızı cavablandırdı.
– Matçla bağlı fikirlərini bilmək maraqlı olardı. Ümumiyyətlə, belı böyükhesablı qələbə qazanacağınızı gözləyirdin?
– Çempionatda ən çətin oyunlarımızdan biri idi. Cari mövsümdə “Kəpəz”ə artıq 2 dəfə məğlub olmuşduq. Bu görüşə ciddi hazırlaşmışdıq, qalib gəlməyi çox istəyirdik. İstəyimizə çatdığımıza görə şadam.

– Çətin oyunda belə hesabla qalib gəlməyinizin əsas sirri nədir? Cari mövsümdə ilk dəfə bir matçda 3 qol vurdunuz…
– Düzdü, daha əvvəl heç bir oyunda 3 qol vura bilməmişdik. Əvvəlki oyunlarda çox qol imkanlarımız olurdu, amma yararlana bilmirdik. Bu dəfə elə alındı ki, ələ düşən imkanlardan maksimum yararlandıq.

– Matçda hesabı sən açdın və qolu da hərbi salamla qeyd etdin…
– Bəli, mən əslən Qarabağdan – Füzuli rayonundanam. Vurduğum qolu da şəhidlərimizə, cəbhədəki əsgərlərimizə həsr etdim. Bizim Bakıda rahat oynamağımızın səbəbkarları məhz onlardı.

– Matçdan sonra mətbuat konfransında baş məşqçiniz Tərlan Əhmədov sənin və kapitanınız Rail Məlikovun oyununu xüsusi qabartdı. Ümumiyyətlə, matçdan sonra sizə nə isə dedimi?
– Oyundan sonra baş məşqçimiz Tərlan Əhmədov və vitse-prezidentimiz Fikrət Hüseynov hamımızı təbrik etdi. Ondan xoş sözlər eşitmək sevindircidi. 7-8 oyunda əvəzedici komandaya göndərmişdi. Fikrinə hörmətlə yanaşdım. Orada oyunumu göstərdikdən sonra yenidən əsas komandaya cəlb olundum. Sevinirəm ki, Tərlan müəllimin inamını doğrulduram.

– Məlum məsələlərə görə “Zirə” və “İnter” avrokuboklardan kənar qalacaq. Özünüzü qitə turnirində iştiraka hazır sayırsanmı?
– Bu haqda düşünürük. Hamı kimi biz də avrokuboklarda iştirak etməyi çox istəyirik və özümüzü də buna hazır sayırıq. Qarşıda hələ 8 matçımız var. Həmin görüşlərdə də lazımı xalları toplayıb, avrokuboklarda iştirak etmək istəyərdik.

– Mövsümün əvvəlində komanda yığışanda heyətdə əvvəlki futbolçulardan qalan 2 nəfərdən biri də sən idin. Həmin vaxt avrokuboklardan söhbət belə gedə bilməzdi. Ən yaxşı halda Premyer Liqada qalmaq üçün savaşacağınız deyilirdi. Nə baş verdi ki, bu qədər uğurlu çıxış etdiniz?
– Bəli, hamı düşünürdü ki, liqada qalmaq üçün meydana çıxacağıq. Çünki heyətimiz və büdcəmiz bir az kasad idi. İlk 5 oyunu qolsuz və xalsız keçirəndə bu fikir daha da çox səslənməyə başladı. Amma vaxt keçdikcə oyunumuzu tutduq. Kollektiv də yeni yığılmışdı, müəyyən vaxtdan sonra uyunlaşa bildik. İmkanımız az olsa da, biz bir ailəyik.

– Uğurlu oyunlardan sonra rəhbərlik sizə gələcəklə bağlı nə vədlər verir? Ümumiyyətlə, komandaya gələcəkdə diqqətin artırılması gözlənilirmi?
– Vəziyyətimiz çətin olsa da, səbr edirik. Hələ ki, bu haqda düşünmürük, ancaq oyunumuza köklənirik. Rəhbərlik tərəfindən vədlər verilir. Növbəti ilə daha yaxşı AZAL olacaq. İndi də özümüzü heç kimdən zəif saymırıq.

– Cari mövsümdə azarkeşləriniz ilk dəfə idi ki, tribunada bu qədər fəal görünürdü. Düşünmək olar ki, uğur azarkeşləri tribunaya qaytarıb?
– Onlara təşəkkür edirəm, bizi tək buraxmadılar. Əvvəlki oyunlara nisbətən bu dəfə daha çox azarkeş gəlmişdi. Bu amil də bizə çox dəstək oldu. Onların tribunada olmağı bizə stimul verdi.

– Cari mövsümdə komandanız “AZAL Arena”da heç kimə məğlub olmayıb. Bunun sirri nədədi?
– Bunun sirrini rəqib komandalar fikirləşib, tapmalıdı.

– Növbəti turda cari mövsümdə qol vura bilmədiyiniz “İnter”ə qarşı oynayacaqsınız…
– “İnter”i cari mövsümdə nəinki məğlub etmək, heç qol da vura bilməmişik. Gələn matçda bu tilsimi də qırmağa çalışacağıq. Çünki bu mövsüm məğlub edə bilmədiyimiz yeganə komanda məhz onlardı.

– Mövsüm sonunda müqavilənin müddəti başa çatır…
– Hələ ki, müqaviləm haqqında bir söhbət getmir. Amma bu məsələdə Tərlan müəllimin fikri mənim üçün önəmlidi. Çünki məni 2 il öncə əsas komandaya o dəvət edib.

ELMAR ABDULLA-ZADƏ