Niderland Krallığının tərkibində yer alan Kyurasao millisinin futbolçusu Kventin Martinus maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, Rumıniya mətbuatına danışan 25 yaşlı yarımmüdafiəçi kariyerasından danışıb.
Rumın klubu "Botoşani"ni tərk edib Yaponiya təmsilçisi "Yokohama F. Marinos"a keçidi ilə bağlı açıqlama verən oyunçu söhbət əsnasında Azərbaycan futboluna da toxunub.
"Yapon klubunu pul üçünmü seçdiniz" sualına Martinus belə cavab verib: "Yaponiyanı seçdim. Çünki onlar çox peşəkardılar və "Botoşani" son vaxtlar yerində sayırdı. Belə olan halda da, "Botoşani"də fərdi baxımdan irəliləyə bilmirdim. Karyeramda böyük addım atmağa ehtiyacım vardı. İnsanlar deyə bilər ki, mən pul üçün getmişəm. Lakin bunu etmək istəsəydim, Azərbaycana gedərdim. Lakin Azərbaycandan daha yaxşı yerə getmək istədim, həm futbol, həm də şəxsi həyatım baxımından".
Shares: