Ölkə çempionatı sona yaxınlaşır. Finiş xəttinə cəmi 8 tur qalıb. Bu səbəbdən də hər növbəti oyun, hər toplanılan və ya itirilən xal qızıl qiymətindədi. Topaz Premyer Liqasının 28-ci turu avrokubok zonasına düşmək uğrunda mübarizə aparan kollektivlər üçün böyük əhəmiyyət kəsb edirdi. İrəliyə gedərək, qeyd edək ki, ən ciddi zərbə “Neftçi”yə dəydi.
AZAL – “Kəpəz” 3:0
“AZAL Arena”nın istənilən ölkə klubu üçün “qara kabus”a çevrilməsi artıq sirr deyil. Tərlan Əhmədovun yetirmələri doğma “divarlar arasında” keçirdikləri növbəti oyundan da üzüağ çıxmağı bacardılar. Özü də rəqib yaxşı sürət yığan “Kəpəz” idi.

Bəli, Gəncə təmsilçisi oyuna nəzarət edən tərəf idi. Şahin Diniyevin yetirmələri ənənəvi sürətli futbol sərgiləyirdi. Amma qol vuran tərəf meydan sahibləri oldu. Bəlkə də Tərlan Quliyev buraxılan ilk qolda etdiyi kobud səhvə yol verməsəydi, 90 dəqiqənin tamamında tabloda fərqli nəticə qeydə alınardı. Bəlkə də hakimlər briqadası AZAL-ın vurduğu ikinci qol epizodunda ötürmə zamanı topun qapı xəttindən çıxdığını görsəydi, gəncəlilər heç olmasa, məğlubiyyətdən qurtula bilərdilər. Ancaq futbol “bəlkələr”i sevmir. Reallıq budu ki, “təyyarəçilər” bu qələbəylə avrokubok şanslarını xeyli artırdılar.
“Qəbələ” – “İnter” 0:0
Meydan sahiblərinin ərazi üstünlüyü şəraitində keçən oyunda qapılara qol vurulmadı. Doğrudu, qapısınını toxunulmaz qorumaq üçün “bankirlər” hətta 2 qapıçının xidmətindən istifadə etməli oldu: zədələnən Kamran Ağayevi Georgi Lomaya əvəzlədi. Ancaq meydan sahiblərinin çoxsaylı qol vəziyyətindən yararlana bilməməsi yekunda bakılıların evə sərfəli heç-heçəylə dönməsini şərtləndirdi.

Qarşılaşmadan sonra meydan sahiblərinin ukraynalı baş məşqçisi Roman Qriqorçukun “cəbhədəki vəziyyət futboldan önəmlidi” deməsini də xüsusi qeyd etməliyik.
“Zirə” – “Sumqayıt” 1:0
Meydan sahibləri cütlüyün aşkar favoriti olsalar da, “gənclik şəhəri” təmsilçisi son dəqiqələrədək qapısının toxunulmazlığını qoruya bilirdi. Ancaq tarixində keçirdiyi ilk mövsümdəcə Premyer Liqanın gümüş medallarına sahib çıxmağa yaxın olan Adil Şükürovun yetirmələri final fitinə 6 dəqiqə qalmış sumqayıtlıları “ağ bayraq qaldırmağa” məcbur edən qola imza atdılar.

“Rəvan” – “Neftçi” 1:0
“Neftçi” yenə uduzdu. Bu dəfə “ağ-qaralar” dini-məzhəbi bilinməyən “Rəvan”ı sevindirdilər. Bu komandanın futbolçularının bircə çıxış yolu var: peşələrini dəyişmək. Nə yerliləri, nə əcnəbiləri bir işə dərman deyil. “Rəvan” çempionatda vur-tut 3 qələbə qazanıb. Bunlardan ikisini “Neftçi” üzərində. Sözün bitdiyi an.

“Ağ-qaralar” autsayderlə oyunda artıq 3-cü dəqiqədə buraxdıqları qolun əvəzini çıxa bilmirlərsə, bunun bir adı var – rüsvayçılıq! Bir komanda ki, 90 dəqiqə ərzində heç bir dəst-xətti olmayan komandanın qapısı qarşısında bir real qol fürsəti yaratmırsa, kimə lazımdı bu futbolçular?! Ruslan Qurbanov hansı xüsusiyyətlərinə görə milliyə cəlb olunur? Meydançada olduğu zaman kəsiyində hansı əlahiddə oyunu göstərdi ki, yığmaya yox, heç olmasa, “Neftçi”yə faydalı olduğunu nümayiş etdirsin!? Vəli Qasımovun bir çıxış yolu var: mövsüm başa çatan kimi, əsas heyət üzvlərinin böyük əksəriyyətinin xidmətindən imtina etmək. Etməsə, deməli, özü də günahkarlar sıralamasına layiqdi.
“Xəzər Lənkəran” – “Qarabağ” 1:2
Bu oyun barədə ətraflı yazmağa ehtiyac duymuruq. Lənkəran təmsilçisi qarşılaşmanı start fiti səslənmədən qazandı. “Qarabağ” isə turnir cədvəlində xal ehtiyatını 3 xal zənginləşdirsə də, azərbaycanlıların gözündə böyük hesabla darmadağın oldu.

CEYHUN ƏLİYEV