Dünən Topaz Premyer Liqasının 28-ci turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzuan "Sumqayıt" dincəlir. Futbolinfo.az xəbər verir ki, bu gün bərpa məşqinə çıxan Samir Abasovun komandası yüngül çalışmadan sonra istirahətə çəkilib.
"Kimyaçılar" növbəti turdakı "Qəbələ" ilə matçın hazırlıqlarına isə sabahdan başlayacaq. Bu çətin oyun öncəsi "Gənclik şəhəri" təmsilçisində itki var. Əldə etdiyimiz məlumata görə, ötəngünkü matçda sıradan çıxan Aleksandr Çertoqanovun zədəsi ciddidi. Ayağından xəsarət alan yarımmüdafiəçinin bu gün tibbi müayinədən keçəcəyi gözlənilir.
Qeyd edək ki, sözügedən qarşılaşma apreli 9-da "Kapital Bank Arena"da baş tutacaq.
Shares: