Joze Mourinyo Suriya yığmasından surpriz təklif alıb. Futbolinfo.az xəbər verir ki, bu məlumatı Suriya Futbol Federasiyası yayıb.
Federasiyanın rəsmi “facebook” səhifəsində müqavilənin şərtləri paylaşılıb. Rəhbərlik Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda mübarizə aparan sözügedən millinin baş məşqiçi postunda portuqaliyalı məşqçini görmək istəyir. Təcrübəli mütəxəssisə seçmə mərhələnin son turlarına kimi yığmanı çalışdırmaq təklif olunub.
Qeyd edək ki, 52 yaşlı məşqiçinin xidmətində “Mançester Yunayted” (İngiltərə) və “İnter” (İtaliya) klubları maraqlıdır.