Dünən Topaz Premyer Liqasının 28-ci turunda səfərdə "Rəvan"a 0:1 hesabı ilə uduzan "Neftçi" dincəlir. Futbolinfo.az xəbər verir ki, bu gün bərpa məşqinə çıxan Vəli Qasımovun komandası yüngül çalışmadan sonra istirahətə çəkilib.
Əldə etdiyimiz məlumata görə, sabahı da istirahətdə keçirəcək "ağ-qaralar" ayın 6-dan "Xəzər Lənkəran"la oyunun hazırlıqlarına başlayacaqlar. Bu çətin səfər matçı öncəsi bakılıların heyətində itkilər var. Belə ki, yarımmüdafiəçi Kamran Nəcəfzadə xeyli vaxtdı zədəli olsa da, müdafiəçi Kamal Qurbanov sarı vərəqə limitini doldurduğundan "ağ-yaşıllar"la matçı buraxmalı olacaq.
Qeyd edək ki, "Böyük oyun" adlanan bu qarşılaşma aprelin 10-da Lənkəran klubunun mərkəzi stadionunda baş tutacaq və saat 16:30-da start götürəcək.
Shares: