İtaliya millisinin baş məşqçisi Antonio Konte növbəti mövsümdən "Çelsi"ni çalışdıracaq. Futbolinfo.az xəbər verir ki, Londona yollanan italyan çalışdırıcı bu gün "zadəganlar"la 3 illik müqavilə bağlayıb. Bu barədə məlumatı klub özü yayıb.
Konte müqaviləni imzaladıqdan sonra qısa açıqlama verib: "Çelsi" kimi komandanı çalışdırmaq imkanı qazandığıma görə şadam. Artıq söz-söhbətlərə son qoyuldu. Bundan sonra milli komandadakı işimə köklənəcəm".
Kontenin İtaliya millisiylə müqavilə müddəti AÇ-2016-dan sonra başa çatacaq.
Shares: