“Əvvəl-axır klubun prezidenti ilə söhbətim olacaq. Mən Parisdə qalmağa hazıram” – bu sözləri PSJ-nin hücumçusu Edinson Kavani deyib.
 
Adı “Yuventus”la birgə hallanan uruqvaylı futbolçu özünü hazırkı komandasında yaxşı hiss etdiyini bildirib. O, qeyd edib ki, Zlatan İbrahimoviç kimi futbolçu ilə eyni komandada çıxış etməkdən məmnundu: “Həmişə PSJ-də özümə dəstək hiss etdim. İbrahimoviç kimi futbolçu ilə eyni komandada çıxış etmək xoşdu. Onunla birlikdə bütün komandanın səviyyəsi yüksəlir”.
Shares: