Az öncə “Qarabağ”ın təsisçisi Adil Nadirovun müsahibəsini dərc etmişdik. Ardınca isə Nadirov redaksiyamızla əlaqə saxlayaraq, dediklərindən faktiki olaraq imtina etdi. Hər kəs fikir bildirməkdə azaddı və Qarabağ uğrunda döyüşlərdə qardaşı şəhid olan klub rəsmisinə bir daha tribuna verməyi qərara aldıq.
 
Nadirovun monoloqunu təqdim edirik: “Sizinlə danışarkən, sistem altında idim. Deyərdim ki, yarıyuxulu vəziyyətdə olmuşam. Ola bilər, fikirlərimi düzgün ifadə etməmişəm. “Onları rüsvay edəcəm” sözləri düzgün anlaşılmayıb. Demək istəmişəm ki, orada rüsvayçılıq edəcəm. Klubumuz daim bu məsələlərə həssas yanaşıb və növbəti turda Qarabağ döyüşlərində şəhid olmuş əsgərlərin, habelə səngərlərdə döyüşən hərbçilərimizə dəstək nümayiş etdirməyi planlaşdırırıq. Elə müsahibədə də gördünüz ki, “Qarabağ”ın növbəti turda bu məsələyə xüsusi diqqət yetirəcəyini bildirmişəm. İstəmirəm ki, anlaşılmazlıq olsun. Klub rəhbərliyi həqiqətən də bizə daim qayğı göstərir və bütün problemlərimizi həll edir”.
 
Redaksiyadan: Əvvəla, Adil müəllimə Allahdan şəfa diləyirik. Onun müsahibəsindəki düzəlişlərə gəlincə, futbolinfo.az olaraq, hər kəsə sərbəst şəkildə fikir bildirməyə tribuna verməyə hazırl olduğumuzu bəyan edirik. O ki qaldı klubun biganəliyinə, bunu Nadirov desə də, deməsə də, onsuz da sözügedən müsahibənin girişində vətəndaş borcumuzu ortaya qoymuşuq.
Shares: