Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının və əvəzedici heyətlər arasındakı yarışın 28-ci turunun oyunlarında baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Topaz Premyer Liqasının 28-ci turunun AZAL – “Kəpəz” matçının 90+3-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Junior Martins ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Əvəzedici heyətlər arasındakı yarışın 28-ci turunun “Qəbələ” – “İnter” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Əvəzedici heyətlər arasındakı yarışın 28-ci turunun “Rəvan” – “Neftçi” matçında “Neftçi”nin futbolçusu Akşin Qurbanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.