Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA tərəfindən təşkil olunan aşağı yaş qrupları üzrə komandalar arasındakı birinciliklərdə baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:
U-17 Liqasında “Zirə” – “Xəzər Lənkəran” matçının 85-ci dəqiqəsində “Zirə”nin futbolçusu Nəbi Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-16 Liqasında AZAL – “Kəpəz” matçı başa çatdıqdan sonra AZAL-ın futbolçusu Röyal Ələsgərov və “Kəpəz”in futbolçusu Rəşad İsmayılov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb.
U-16 Liqasında “İnter” – “Rəvan” matçının 49-cu dəqiqəsində “İnter”in futbolçusu Elvn Cəfərquliyev rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
U-15 Liqasının “Bakı” – AZAL matçının 2-ci dəqiqəsində “Bakı”nın futbolçusu Qurban Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-14 Liqasının “Qarabağ” – “Neftçi” matçının 44-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Nihad Xəlilov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-14 Liqasının “Neftçi” – “Sumqayıt” matçının 19-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Mirəli Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-14 Liqasının “Bakı” – “Vətən” matçının 50-ci dəqiqəsində “Vətən”in futbolçusu Cavad Qurbanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
Futzal üzrə Azərbaycan birinciliyinin “Baku Fire”  – “Forza Neftçi” matçının 6-ci dəqiqəsində “Baku Fire” klubunun futbolçusu Ümüd Paşayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır. Oyunun 9-ci dəqiqəsində “Baku Fire” klubunun futbolçusu İbiş Zeynalovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
Futzal üzrə Azərbaycan birinciliyinin “Admiral”  – “Yeni Günəşli” matçının 26-ci dəqiqəsində “Yeni Günəşli”nin futbolçusu Fəyyar Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
Futzal üzrə Azərbaycan birinciliyinin FHN – “Verdant”  matçının 19-cu dəqiqəsində “Verdant” klubunun futbolçusu Osman Zahirbəyov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb. Oyunun 28-ci dəqiqəsində “Verdant”ın futbolçusu Kənan Bağdadov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
Futzal üzrə Azərbaycan birinciliyinin “Nəbi” FK  – “Amrahbank” matçının 8-ci dəqiqəsində “Nəbi”nin futbolçusu Ülvi Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
Futzal üzrə Azərbaycan birinciliyinin “Qatar” – “Yasamal” matçının 15-ci dəqiqəsində “Yasamal”ln futbolçusu Anar Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə 12 ay yarışlardan kənarlaşdırılır.
Shares: