Futzal üzrə Azərbaycan və Hollandiya yığmalarının dünya çempionatına vəsiqə uğrunda keçirəcəyi cavab pley-off matçının hakim təyinatları açıqlanıb. Futbolinfo.az xəbər verir ki, aprelin 12-də Bakıda keçiriləcək qarşılaşmanı avstriyalı və ukraynalı hakimlər idarə edəcəklər.
Belə ki, birinci hakim Gerald Bauernfeynd (Avstriya), ikinci hakim isə Oleq İvanov (Ukrayna) təyin olunub. 
Qeyd edək ki, Azərbaycan – Hollandiya matçı saat 20:00-da start götürəcək. Tərəflər arasındakı ilk oyunda millimiz 5:1 hesablı darmadağına imza atıb.
Shares: