Azərbaycanın işğal olunmuş əraziləri uğrunda savaşda hər bir vətəndaşımız bacardığı qədər öz töhfəsini verməlidi. Əsgərlərimiz arxa cəbhənin onların yanında olduğunu hər gün, hər dəqiqə hiss etməlidilər. Futbolinfo.az sosial şəbəkədə yayılan bir videonu paylaşmaqla, azarkeşlərimizə müraciət edir. 
İnanırıq ki, hər bir azərbaycanlı övladı bu təşəbbüsümüzün məğzini anlayışla qəbul edəcək, bu ideyanı dəstəkləyəcək. Videoda əsgərlərimizin səsləndirdiyi qafiyənin sözlərini diqqətinizə çatdırırıq.
 

Can alanlar can gedirik almağa!
Yerdə qalıb qan gedirik almağa!
Həm ağıdı, həm də deyim qarasıdı.
Bu Qarabağ ürəyimizin yarasıdı!
Hələ Qarabağ intiqamın harasıdı?
Gözlə İrəvan, gedirik almağa!

Premyer Liqa iştirakçılarının hər birinin öz fanat ordusu var. Azdı-çoxdu, amma var. Ancaq hər birimizi birləşdirən Vətən sevgisi var. Hansı kluba azarkeşlik etməyindən asılı olmayaraq, fanatları məhz bu mahnını oxumağa çağırırıq. Vətən birdi, bu çətin və qürurlu günlərdə azərbaycanlı futbolsevərlərini də birliyə səsləyirik. Qoy sizlərin səsi də səngərlərdəki əsgərlərimiztək birgə çıxsın. Yağı düşmən çətin anda azərbaycanlıların nə cür birləşməyi bacarmasından yansın-tökülsün. Əsgərlərimiz isə ölkəmizin hər yerindən, o cümlədən də stadionlardan onlara dəstək gəlməsini hiss etsin.

 

Shares: