İki gün əvvəl Topaz Premyer Liqasında evdə "İnter"lə qolsuz bərabərə qalan "Qəbələ" istirahətdədi. Futbolinfo.az xəbər verir ki, ötən gün yüngül məşqlə kifayətlənən Roman Qriqorçukun komandası bu gün dicləlir.
"Qırmızı-qaralar" növbəti tur üçün hazırlığa sabahdan başlayacaqlar. Zədə səbəbindən son turlarda komandasına kömək edə bilməyən kapitan Dodonun vəziyyəti hələ də müəmmalı olaraq qalır. Onun növbəti matçda meydana çıxıb-çıxmayacağı yaxın 1-2 günə bilinəcək.
Qeyd edək ki, "Qəbələ" Premyer Liqanın 29-cu turunda səfərdə "Sumqayıt"la qarşılaşacaq. Görüş aprelin 9-da keçiriləcək və saat 14:00-da start götürəcək.
Shares: