19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit mərhələsinə vəsiqə qazanan Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, 1-ci qrupda mübarizə aparan yığmamızın bugünkü rəqibi Polşa komandası olub.
İrlandiyanın Dublin şəhərindəki "Carlisle Grounds" stadionunda keçirilən və Bakı vaxtı ilə saat 17:00-da start götürən qarşılaşmada qalib müəyyənləşməyib.
Qrupun digər matçında isə Almaniya qrup oyunlarına ev sahibliyi edən İrlandiya ilə üz-üzə gələcək.
AÇ-nin seçmə elit raundu
1-ci qrup
5 aprel
1-ci qrup
5 aprel
17:00. Azərbaycan – Polşa – 0:0
Dublin. "Karlayl Qraunds" stadionu.
Baş hakim: Ana Miniç (Serbiya).
Dublin. "Karlayl Qraunds" stadionu.
Baş hakim: Ana Miniç (Serbiya).